Qiymət Uyğunluğu Siyasəti
Ceramica.az-da biz sizin üçün məhsulların satışını ən ucuz qiymətlərlə təşkil edirik. Əgər sizə başqa bir satış mərkəzində Ceramica.az-da təqdim olunan məhsulları daha ucuz qiymətə təklif edərlərsə, o zaman biz həmin məhsulun qiymətini təklif olunan qiymətlə eyniləşdirməyə və hətta ondan daha aşağı qiymətə satmağa hazırıq.
Bu təklif yalnız bizə müraciət etdiyiniz gündən etibarən 7 gün müddətində keçərlidir.
Bunun üçün aşağıdaki şərtlər öz təsdiqini tapmalıdır :
- Daha ucuz qiymətə təklif olunan məhsul Ceramica.az-da təqdim olunan məhsulla eyni ada, artikula, istehsalçıya və eləcə də eyni istehsal tarixinə bərabər olmalıdır.
- Daha ucuz qiymətə təklif olunan məhsul satıcının anbarında olmalıdır.
- Daha ucuz qiymətə təklif olunan məhsul dərhal çatdırılmağa hazır olmalı və çatdırılma şərtləri Ceramica.az-da təklif olunan şərtlərlə eyni olmalıdır.
- Digər satış mərkəzində Ceramica.az-da təqdim olunan məhsulların qiyməti heç bir halda digər məhsullarla birlikdə hesablanaraq yekun məbləğ çıxarılmamalıdır.
Qiymət uyğunsuzluğu ilə qarşılaşdığınız halda dərhal bizimlə əlaqə saxlamağınız xahiş olunur. Bu hal təsdiqlənərsə o zaman biz sizin
sifarişinizi yenidən "Qiymət Uyğunluğu Siyasətinə" əsasən rəsmiləşdirəcəyik.