Səbət Boşdur
Ceramica.az saytında sifarişi necə edim?
Sifarişlərinizi etmək üçün saytda istifadəçi hesabı açmağınız vacibdir. İstifadəçi hesabı açarkən öz əlaqə nömrəsi və e-mail ünvanınızı qeyd etməklə sifariş zamanı bizim satıcıların sizinlə əlaqə saxlayacaqlarından və yarana biləcək istənilən problemi həll edəcəklərindən əmin ola bilərsizin. Sifarişi rəsmiləşdirdikdən sonra sifarişlə bağlı əlavələri və ya dəyişiklikləri necə etməliyəm?
Siz sifarişinizi rəsmiləşdirdikdən sonra bizim əməkdaşlar sifarişinizdə olan məhsulları növbəti bir saat ərzində anbardan çatdırılmağa hazır vəziyyətə gətirəcəklər. Bu zaman ərzində sifarişinizlə bağlı əlavələri və ya dəyişiklikləri bizimlə əlaqə saxlayaraq edə bilərsiniz. Nəzərinizdə olsun ki, sifarişiniz ünvanınıza çatdırıldıqdan sonra etmək istədiyiniz əlavələr və ya dəyişiklişlər sizin öz hesabınıza yerinə yetiriləcəkdir.
İtki və kəsintiləri də nəzərə alarsaq nə qədər keramik piltə almalıyam?Keramik piltələrin istifadə olunacağı hər bir məkanda itki və kəsintilərin olacağını nəzərə alsaq, hər zaman tələb olunandan 10% artıq almağınızı tövsiyyə edirik.
Sifarişin çatdırılma müddəti nə qədərdir?
Bakı şəhəri və Abşeron rayonu ərazisində ümumi dəyəri 1000 manatdan artıq olan sifarişlər rəsmiləşdirildikdən sonra növbəti 4 saat ərzində pulsuz çatdırılacaq. Ümumi dəyəri 1000 manatdan aşağı olan sifarişlər isə alıcının ünvanından asılı olaraq daşıma xərclərini qarşılayacağı halda 4 saat ərzində çatdırılacaq. Alıcılar eyni zamanda öz sifarişlərini rəsmiləşdirdikdən 1 saat sonra bizim anbarlarımızdan sifariş etdikləri məhsulları aparmaqda sərbəstdirlər.
Azərbaycanın digər şəhər və rayonlarına sifarişlərin çatdırılması alıcının ünvanından asılı olaraq daşıma xidmətini qarşılayacağı halda 2 iş günü müddətində yerinə yetiriləcək.
How will the tiles be delivered?Tiles will be shrink wrapped on a pallet and delivered to the ground level edge of your property. The driver will NOT be able to assist getting the tiles into your property due to insurance purposes. Orders under 20kg weight will be delivered with a parcel courier.İstifadə olunmamış keramik piltələri geri qaytara bilərəm?
İstifadə olunmamış keramik piltələri satış qaiməsində göstərilən tarixdən etibarən 28 gün ərzində geri qaytara bilərsiniz. Qeyd olunan zaman müddətində geri qaytarılan keramik piltələrin ödənişi tam olaraq həm nağd, həm də köçürmə yolu ilə hesabınıza qaytarıla bilər. Geri qaytarılan keramik piltələrin alıcının ünvanından anbara çatdırılması alıcının üzərinə düşür.
28 gün tamam olduqdan sonra keramik piltələrin geri qaytarılması heç bir halda mümkün deyildir. Tövsiyyə edirik ki, əldə etdiyiniz keramik piltələrin hər bir modelindən ehtiyyat olaraq saxlayasınız.
Qeyd: Geri qaytarılan keramik piltələr öz qutularında olmalı və heç bir halda su və ya yapıştırıcı ilə təması olmamalıdır. Əgər sifariş etdiyim keramik piltələrin arasında sınıq varsa və ya sifarişim düzgün çatdırılmamışdırsa nə etməliyəm?
Bütün sınıq piltələr və ya düzgün çatdırılmamış sifarişlər ən gec 3 iş günü ərzində alıcı tərəfindən xəbər verilməlidir. Bunun üçün bizə sınıq piltələrin və ya düzgün çatdırılmamış sifarişlərin şəklini Bizimlə Əlaqə bölməsindəki "Whatsapp" nömrəmizə göndərməyiniz tələb olunur. Keramik piltələrin ən çox halda 5-i sınıq çıxarsa sizə tövsiyyə edirik ki, həmin piltələri məkanınızın kəsintiyə ehtiyacı olan hissələrində istifadə edəsiniz.
Sifarişim çatdırıldıqdan sonra sifarişlə bağlı narazılığım olarsa və ya fikrimi dəyişərsəm nə etməliyəm?
Əgər sifarişinizlə bağlı narazıçılığınız bizim səhvimizdən irəli gəlirsə (yalnış məhsulun çatdırılması və ya məhsulların əksik çatdırılması kimi səbəblərdən dolayı) o zaman bununla bağlı narazıçılığınızı ən gec 3 iş günü ərzində bizə bildirməlisiniz. Biz də öz növbəmizdə narazıçılığınıza səbəb olan məsələni ən qisa zamanda həll etməyə çalışacağıq.
Sifarişinizi rəsmiləşdirdikdən sonra fikrinizi dəyişib məhsullardan imtina etdiyiniz halda isə ümumi məbləğin 10%-i dəyərində rüsum sizdən tutulacaq. Əgər sifarişiniz ünvana çatdırılıbsa məhsulların geri daşıma xərcləri də sizin hesabınıza olacaq.
What are your price match terms?
If you find a similar product online please send us this over via email and as long as they are manufactured by the same company, in stock and available to order in the required quantity; we will be able to price match this.