PULSUZ ÇATDIRILMA - 1500₼ üzəri sifarişlərdə
ANBARDAN BİRBAŞA ÇATDIRILMA
NÜMUNƏ SİFARİŞİ - piltədən kiçik parça - cəmi 3₼

Diqqət! Keyfiyyət dərəcələrini necə fərqləndirmək olar?


Azərbaycanda yeni fəaliyyətə başlamış "AZƏRBAYCAN VANHONG CERAMICS. CO. MMC" şirkətinin başlıca məqsədi, həm daxili bazar üçün və həm də dünya ölkələri üçün bir Azərbaycan brendi olaraq yüksək keyfiyyətli porselen piltələr istehsal etməkdir. Bunun üçün şirkətin istehsal müəssisəsində ən son texnoloji tələblərə cavab verən istehal avadanlıqları quraşdırılmışdır.  İstehsal prosesi zamanı porselen piltələrdə olan ən kiçik qüsurlar belə detektorlar vasitəsilə  aşıkarlanaraq 1-ci dərəcəli piltələr sırasından kənarlaşdırılır və keyfiyyətcə 2-ci dərəcəli piltələr kimi qablaşdırılır. Beləliklə müəssisədə istehsal olunan porselen piltələr keyfiyyət dərəcəsinə görə 1-ci və 2-ci dərəcələrə bölünür. 

Təəssüf ki, bir çox hallarda alıcılar keyfiyyət dərəcələrinin fərqinə varmır və bundan istifadə edən bəzi satıcılar 2-ci dərəcəli porselen piltələri alıcılara 1-ci dərəcəli piltələr kimi təqdim edirlər. Alıcıların məlumatlanması üçün 1-ci və 2-ci dərəcəli piltələrin 

İlk növbədə alıcılar porselen piltələri heç bir halda qutusuz və ya qutusu açıq şəkildə qəbul etməməlidirlər. İstehsalçı porselen piltələri qablaşdırarkən qutuları dörd tərəfdən qırmızı iplərlə bərkidir. 

Porselen piltələrin keyfiyyət dərəcələri qutuların üzərində olan istehsalçı loqosunun fərqli rəngləri ilə müəyyən edilib. 


Qutunun üzərində olan loqo rənginin qırmızı olması həmin piltələrin keyfiyyətcə 1-ci dərəcəli olmasını müəyyən edir.






Qutunun üzərində olan loqo rənginin yaşıl olması həmin piltələrin keyfiyyətcə 2-ci dərəcəli olmasını müəyyən edir.